İdmanSəhiyyə

Araz Abdullayevin çıxış etdiyi komandada 3 futbolçu koronavirusa yoluxdu

Movavi

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin “Boluspor” klubunda koronavirusa 6 yoluxma halı aşkarlanıb.

“QİA.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə Bolu təmsilçisinin işçiləridir.

Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 11-də Sloveniya ilə yoldaşlıq, noyabrın 14-də və 17-də müvafiq olaraq Monteneqro ilə Lüksemburq yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları keçirəcək. Hələlik millinin heyəti açıqlanmadığından, Araz Abdullayevin qarşıdakı görüşlərə çağırılıb-çağırılmayacağı bilinmir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button