ARB-də Afətə “Sığmazam”ı oxumağa icazə vermədilər

Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızına “Həmin Zaur” proqramında “Sığmazam” mahnısını oxumağa icazə verilməyib.

“QİA.az” xəbər verir ki, verilişə gələn sənətçiyə ARB TV qadağa qoyub. Bu haqda aparıcı Zaur Kamal açıqlama verib.

“Dedik ki, burada oxumaq olmaz. Toylarda oxuya bilər. Onu oxumayacaq” deyə, aparıcı söyləyib.

Qeyd edək ki, Afət İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxumuş və qalmaqala səbəb olmuşdu.

QİA.AZ

Oxşar Xəbərlər