Karyerasını “Mançester Yunayted”də davam etdirən Türkiyə millisinin qapıçısı Altay Bayındır Çempionlar Liqasında “Mançester Siti” ilə matç üçün “Real Madrid” komandası ilə şəhərə gələn keçmiş komanda yoldaşı Arda Gülərlə görüşüb.
QİA.az xəbər verir ki, matçdan əvvəl Arda ilə görüşən Altay Bayındır, birgə fotolarını paylaşaraq “Xoş gəldin, əziz qardaşım” yazıb.
Qeyd edək ki, türkiyəli futbolçular daha əvvəl “Fənərbağça” klubununda komanda yoldaşı olublar.