Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir.
Bunu ölkənin müdafiə naziri Luis Petri “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
“Mən NATO-nun baş katibinin müavini ilə görüşdüm, ona Argentinanın bu təşkilatın qlobal tərəfdaşı olmaq xahişini özündə əks etdirən niyyət məktubunu təqdim etdim”, – nazir qeyd edib.
Petri əlavə edib ki, ölkə Argentina ordusunun NATO standartlarına uyğun modernləşdirilməsinə imkan verəcək əlaqələri bərpa etməyə çalışır.
Mənbə: RİA Novosti