Argentina yığmasının futbolçusunun onurğası qırıldı

Noy14,2020
Argentina yığmasının futbolçusunun onurğası qırıldı

Almaniyanın “Bayer” (Leverkuzen) klubunda çıxış edən Argentina millisinin futbolçusu Esekiel Palasiosun onurğası qırılıb.

“QIA.AZ” məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Paraqvayla matçda zədələnib.

Palasio rəqibin futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb. Onun bir neçə aydan sonra sıraya dönəcəyi bildirilib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oxşar Xəbərlər