Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
QİA.az xəbər verir ki, bu barədə AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, bundan sonra UEFA-nın Məşqçi kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.
AFFA mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

