“Bolqarıstan millisi UEFA millətlər liqasında olan yığma komandalara bərabərdir”.
QİA.Az “Report”a istinadən xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan – Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah baş tutacaq oyunda bizi ciddi rəqibi gözləyir. Düşünürəm ki, Bolqarıstanla matç çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” turniri çərçivəsində sabah, martın 25-də Bolqarıstan ilə qarşılaşacaq.
Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.