Arif Quliyevin qızı: “Atamın vəziyyəti ağır olaraq qalır”

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son vəziyyəti açıqlanıb.

Xalq artistinin qızı Günel Quliyeva “QİA.az”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, – o deyib.

Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.

Oxşar Xəbərlər