İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçi Məhəmməd El-Nenni koronavirusa yoluxub.
“QİA.AZ” “Sky Sports”a istinadən xəbər verir ki, oyunçunun COVID-19 testi komandasının Afrika Kubokunun seçmə mərhələsi çərçivəsində Toqoya qarşı matçı ərəfəsində müsbət nəticə verib. Futbolçu dərhal özünü təcrid edib. Qeyd edilir ki, onun xəstəliyi simptomsuz keçir.
Güman edilir ki, El-Nenni komandasına Premyer Liqanın noyabrın 22-də “Lids Yunayted”ə qarşı keçiriləcək matçında kömək edə bilməyəcək.
El Nenni bu mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 11 görüşdə iştirak edib.