2020-ci ilin 4-cü rübündə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sifarişi ilə Şəkidə “Kiş” Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 70 gün ərzində arxeoloji və antropoloji tədqiqatlar aparılıb.
QİA.AZ Reporta istinadən bildirib ki, Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi çevrələrdə tanınmış alim, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik etməkdədir.
Antik dövrə aid Kiş-Doxun abidəsində tədqiqatlar 1984-cü ildə tanınmış arxeoloq Nəsib Muxtarov tərəfindən aparılmışdır. Ondan sonra tədqiqatlar dayanmış və qəbiristanlığın böyük bir hissəsini Kiş çayı yuyub dağıdıb.