AŞPA COVID-19 pasportunun tətbiqi ilə bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19 sertifikatları: fundamental hüquqların qorunması və hüquqi nəticələri” adlı qətnamə qəbul edib.

QİA.AZın məlumatına görə, sənəddə COVID-19 pasportunun tətbiqi ilə bağlı qərar verən ölkələrin sayının artdığı qeyd olunub.

“AŞPA bu pasportların verilməsi zamanı hər bir şəxsin vəziyyətinə uyğun gələn fərqli münasibət göstərilməsinin ayrı-seçkiliyə aparıb çıxara biləcəyindən və beləliklə, bunun insan hüquqları və azadlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirir. Bu səbəbdən AŞPA tövsiyə edir ki, şəxsi məlumatların qoruna bilməsi üçün COVID-19 pasportu sistemi aydın hüquqi əsaslara, hərtərəfli zəmanətə əsaslanmalıdır”, – qətnamədə vurğulanıb.

Sənəddə bildirilib ki, pandemiya başa çatdıqdan sonra sistemdəki məlumatlardan sui-istifadə olunmaması üçün ciddi nəzarət yaradılmalıdır: “Eyni zamanda COVID-19 pasportu verilərkən görülən tədbirlər Avropa Şurasının şəxsi məlumatlar və şəxsi həyata dair hüquqi normalarına uyğun şəkildə həyata keçirilməlidir”.

Oxşar Xəbərlər