Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan nümayəndə heyətinin irəli sürdüyü təklifi rədd edib.
“QİA.AZ” xəbər verir ki, erməni deputatlar “erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması” mövzusunun AŞPA-nın qızş sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər. Onlar bunu “Avropa İnsan Hüquqları Standartlarınının pozulması faktı” kimi qələmə veriblər. Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib.
Xatırladaq ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı irəli sürülən müzakirəsi təxirəsalınmaz dörd mövzudan yalnız ikisi səsvermə nəticəsində qəbul edilib. Onlardan biri 2021-ci ildə Alksey Navalnının həbsi və digəri internet nəhənglərinin söz azadlığına təhlükə mövzularıdır.