Sentyabrın 8-dən 13-dək Astanada etnik idman növləri üzrə beynəlxalq idman yarışları – V Ümumdünya Köçəri Oyunları keçiriləcək.
QİA.az Astana şəhərinin akimliyinə (meriyasına-red.) istinadla xəbər verir ki, tədbirdə 89 ölkədən iki mindən çox nümayəndə iştirak edəcək.
Oyunlara üç sahə – idman, mədəniyyət və elm daxildir.
Ümumdünya Köçəri Oyunlarının infrastrukturuna 6 metropoliten obyekti daxil idi: “Astana Arena” stadionu, “Kazanat” ippodromu, J.Uşkempirov adına Döyüş sənətləri sarayı, “Alau” buz sarayı, “Qazaqstan” Atletika İdman Kompleksi, “Duman” Kompleksi.
“Kazanat” ippodromunda və Etnoaul ərazisində at çapma, ənənəvi oxatma və quş ovunun milli növləri üzrə turnirlər, həmçinin at yarışları keçiriləcək.
J.Uşkempirov adına Döyüş sənətləri sarayında və “Alau” buz sarayında milli güləş növləri, döyüş sənətləri və xalq oyunları, “Duman” kompleksində ənənəvi intellektual oyunlar təşkil olunacaq.
Vizual-yoxlama nəzarəti üzrə akkreditasiya və avadanlıq mərkəzləri “Qazaqstan” Atletika İdman Kompleksində yerləşəcək.
Oyunların elmi proqramının tədbirləri Qazaxıstan Respublikasının Milli Muzeyində keçiriləcək.
Oyunlarda qaliblərə və podiuma qalxan iştirakçılara 100-ə yaxın medal dəsti veriləcək.