Astarada avtomobil motosikletlə toqquşub, xəsarət alan var

İyn11,2021

Astarada avtomobil motosikletlə toqquşub.

QİA.AZ -ın Cənub Mərkəzinin xəbərinə görə, hadisə nəticəsində motosikletin sürücüsü, Astara rayonu Giləkəran kənd sakini, 1994-cü il təvəllüdlü Bağır Hüseynəli oğlu Bağırzadə xəsarət alıb.

O, təcili yardım avtomaşını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər