Astara rayonunun Ojakəran kənd sakini Şahlar Hüseynov, Burzubənd kənd sakini Ramin Aslanov və Tüləgivan kənd sakini Sevdar Sovqatov niyyətlərini reallaşdırmaq üçün paytaxt Bakı şəhərinə piyada yola düşüblər.
“QİA.AZ”ın məlumatına görə, onlar Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi savaşı qeyd etmək üçün 320 km-lik məsafəni bir həftə ərzində qət etməyi planlaşdırırlar.
Astaranın mərkəzi meydanından yola çıxan sakinlər Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.