ATƏT-in Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub

Yan15,2021

ATƏT-in hazırkı sədri, İsveç xarici işlər naziri Ann Linde yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

“QİA.AZ” xəbər verir ki, təşkilat sədrinin Cənubi Qafqazdakı xüsusi elçisi vəzifəsinə isveçli diplomat Annika Söder təyin olunub.

A.Söder Avropa Sülh İnstitutunun qubernatorlar komitəsinin sədridir. 2014-2019-cu illərdə İsveç xarici işlər dövlət katibi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu il ATƏT-də sədrlik İsveçə məxsusdur. 2022-ci ildə bu vəzifə Polşaya keçəcək.

Oxşar Xəbərlər