ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın zamanlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.

QİA.AZ-ın məlumatına görə, bu barədə o, ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.

O bildirib ki, səfər zamanı İkinci Qarabağ müharibəsindən sonra regiondakı vəziyyətlə tanış olmağı planlaşdırır.

Oxşar Xəbərlər