İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir.
QİA.AZ xəbər verir ki, bu barədə Ann Linde özünün “Twitter” səhifəsində yazıb.
A.Linde ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə brifinq keçirib.
Nazir ATƏT-in Parlament Assambleyasının 20-ci qış iclası zamanı bu iki ölkəyə səfər etməyi planlaşdırdığını və səfər zamanı İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyətlə tanış olmaq niyyətində olduğunu bildirib.