“Atletiko” klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.
QİA.AZ-ın məlumatına görə, Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv buna La Liqanın sonuncu – XXXVIII turunda nail olub. Səfərdə “Valyadolid”ə 2:1 hesabı ilə qalib gələn “matrasçılar” xalını 86-ya yüksəldib. Hesabı 18-ci dəqiqədə meydan sahiblərindən Oskar Plano açsa da, Anxel Korrea 57-ci, Luis Suares isə 67-ci dəqiqədə fərqlənərək, madridlilərin əzmkar qalibiyyəti təmin edib.