İspaniyanın “Atletiko” (Madrid) komandası heyətinə yeni futbolçu cəlb edəcək.
QİA.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Real Sosyedad”ın müdafiəçisi Robin Le Normandı transfer edəcək. Keçidin bu həftə içində açıqlanacağı bildirilib.
İspaniya millisinin də şərəfini qoruyan oyunçu ötən mövsüm “Real Sosyedad”ın heyətində 43 matçda 2 qolla yadda qalıb