Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rekord miqdarda yağan yağışlardan sonra “Emirates” Hava Yolları Dubaydan uçan sərnişinlərin qeydiyyatını bərpa edib.
Bu barədə operator “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Qeyd olunur ki, hava limanı həddindən artıq yüklü olaraq qalır, ona görə də səyahətçilər hava limanına yalnız təsdiq edilmiş rezervasiyaları olduğu halda gəlməyə çağırıblar. Təyyarələrin gediş-gəlişində gecikmələr istisna edilmir. Cari uçuş cədvəlinə şirkətin veb-saytında baxmaq olar.
Bundan əlavə, “Flydubai” şirkəti də Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edib. “Air Arabia” isə Şarja Beynəlxalq Hava Limanından uçuşları bərpa edib. Sosial şəbəkələrdə şirkət aydınlaşdırıb ki, ləğv edilmiş reyslərin sərnişinləri biletlərinin pulunu geri ala və ya gələcək rezervasiyalar üçün vauçer ala bilərlər.
Mənbə: lenta.ru