Avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin QİA.AZ-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal-şərq küləyi əsəcək, dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.