AVRO-2020: 1/4 finalın rəmzi komandası açıqlanıb

“WhoScored” portalı futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin rəmzi komandasını açıqlayıb.

QİA.AZın məlumatına görə, ən yaxşı “11-lik”də İngiltərə millisinin dörd futbolçusu yer alıb. Bunlar Harri Maquayr, Lük Şou, Ceydon Sanço və Harri Keyndir.

Bundan başqa, siyahıda İsveçrə və Danimarkadan iki, İtaliya, Çexiya və Belçikadan isə bir oyunçu var.

Qapıçı: Yann Zommer (İsveçrə)

Müdafiəçilər: Vladimir Tsoufal (Çexiya), Tomas Vermalen (Belçika), Harri Maquayr, Lük Şou (hər ikisi İngiltərə)

Yarımmüdafiəçilər: Ceydon Sanço (İngiltərə), Tomas Dileyni (Danimarka), Cerdan Şakiri (İsveçrə), Lorentso İnsinye (İtaliya)

Hücumçular: Harri Keyn (İngiltərə), Kasper Dolberq (Danimarka)

Qeyd edək ki, AVRO-2020-nin yarımfinal mərhələsində İtaliya millisi İspaniya ilə, İngiltərə yığması isə Danimarka ilə qarşılaşacaq.

Oxşar Xəbərlər