Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Bu barədə “QİA.az”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, 4 oyun üçün 44 min bilet alınıb: “Bunlardan 6 mini İsveçrə – Uels, 18 mini Türkiyə – Uels, digər 20 mini isə Türkiyə – İsveçrə və 1/4 matçı üçün satılıb”.
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Oyunlar müvafiq olaraq iyunun 12-də, iyunun 16-da, iyunun 20-də və iyulun 3-də gerçəkləşəcək.