AVRO-2020: Bakıya gələ biləcək komandalar dəqiqləşdi

İyn23,2021

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin daha bir cütü müəyyənləşib.

QİA.AZ xəbər verir ki, dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu raundda Niderlandla görüşəcək.

Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels – Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək.

Uels – Danimarka qarşılaşması iyunun 26-da, Niderland – Çexiya matçı isə bir gün sonra olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-ə təyin edilib.

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.

Oxşar Xəbərlər