AVRO-2020: Danimarka və Çexiya yığmaları Bakıya hələ gəlməyib

İyn29,2021

Danimarka və Çexiya yığmalarının futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin oyunu üçün Bakıya səfər proqramı açıqlanıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın “QİA.az”a verdiyi məlumata görə, hər iki komanda Azərbaycan paytaxtına iyulun 1-də gələcək.

Saat 20:00-da Çexiya, saat 21:30-da isə Danimarka millisi Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Danimarka “Hyatt”, Çexiya isə “Hilton” otelində qalacaq.

Növbəti gün hər iki millinin Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.

Oxşar Xəbərlər