AVRO-2020: İki komanda Bakıya yola düşüb

AVRO-2020-nin A qrupununun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycan paytaxtına yola düşüb.

“QİA.az”ın məlumatına görə, hər iki kollektiv turnirə hazırlığını ölkəmizdə davam etdirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Oxşar Xəbərlər