Avro-2020: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazandı

İyn29,2021

İyunun 29-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İngiltərə-Almaniya oyunu baş tutub.

QİA.AZ-ın məlumaıtna görə, oyun İngiltərənin qələbəsi ilə yekunlaşıb – 2:0. Oyunda qolları R.Sterlinq (75-ci dəqiqə) və H.Keyn (86-cı dəqiqə) vurublar.

Beləliklə, İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsində İngiltərə millisi İsveç-Ukrayna cütlüyünün qalibi ilə qarşılaşacaq. Oyun iyulun 3-ü Romada keçiriləcək.

Oxşar Xəbərlər