Futbol üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.
QİA.AZ -ın məlumatına görə, turnirin favoritlərindən İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb. Londondadkı “Uembli” stadionunda oynanılan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Oyundakı yeganə qolun müəllifi isə Rəhim Sterlinq olub. İngiltərənin “Mançester Siti” klubunda çıxış edən hücumameylli yarımmüdafiəçi 57-ci dəqiqədə fərqlənərək, komandasına qələbə qazandırıb.
Qeyd edək ki, D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq.