AVRO-2020-nin rəsmi mahnısı bəlli olub

May14,2021 #AVRO-2020
AVRO-2020-nin rəsmi mahnısı bəlli olub

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

“QİA.az”ın məlumatına görə, mahnını hiderlandlı Martin Qarriks, həmçinin İrlandiyanın “U2 Bono və The Edge” rok qrupunun üzvləri ifa edir.

Mahnı “We Are The People” (Biz insanlar) adlanır.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar Xəbərlər