Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.
“QİA.AZ” xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyunu təşkil olunacaq.