AVRO-2020: Türkiyə millisinin Bakıdakı son matçının hakimləri açıqlanıb

İyn18,2021

İsveçrə və Türkiyə yığmaları arasında futbol üzrə Avropa Çempionatının A qrupunun III tur matçının hakim təyinatları açıqlanıb.

“QİA.az”ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Ona Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi isə Bastian Dankert (Almaniya) olacaq.

Qeyd edək ki, iyunun 20-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Oxşar Xəbərlər