AVRO-2021: Millimiz ilk qələbəsini qazandı

May8,2021

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

QİA.AZ-ın məlumatına görə, yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb. Tbilisidə Voleybol Arenasındakı görüş Azərbaycanın inamlı qələbəsi ilə başa çatıb – 3:0.

Milli üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib.

Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub – 2:3.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.

Oxşar Xəbərlər