AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

QİA.az xəbər verir ki, Leyptsiqdəki “Red Bull Arena”da “ay-ulduzlular” qələbə qazanıb – 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.

Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

Oxşar Xəbərlər