İspaniya millisinin hücumçusu Lamin Yamal Avropa və dünya çempionatının finalları tarixində ən gənc futbolçu seçilib.
QİA.az UEFA-ya istinadən xəbər verir ki, ispaniyalı vinger Lamin Yamal iyulun 13-də ad gününü qeyd edib. Onun 17 yaşı tamam olub. Beləliklə, “Barselona”nın hücumçusu 17 yaş 249 günlük ikən 1958-ci il dünya çempionatında meydana daxil olan Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin rekordunu təzələyib.
Xatırladaq ki, Yamal “AVRO-2024″ün İngiltərə ilə final oyununda millisinin start heyətində yer alıb.