Bu gün Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət basketbol yığmaları Avropa çempionatında növbəti oyunlara çıxacaqlar.
QİA.az xəbər verir ki, hər iki milli son oyunlarında Ermənistanla üz-üzə gələcək. Görüşlər Kosovonun paytaxtı Priştina şəhərində reallaşacaq.
C divizionunda mübarizə aparan oğlanlardan ibarət komanda daha əvvəl Moldovaya (87:76) qalib gələrək yarımfinala vəsiqəni təmin edib.
Qızlardan ibarət kollektiv isə Albaniyanı (72:53) və Gürcüstanı (74:68 ) məğlub edərək 1/2 finala vəsiqə qazanıb.
Qeyd edək ki, qız millimizin oyunu Bakı vaxtı ilə saat 16:30-da, oğlanlardan ibarət komanda isə 18:00-da meydana çıxacaqlar.