Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından QİA.az-a verilən məlumata görə, matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.
Görüşün referiləri Aslan Qalayev, Turekhan Tursumbayev və Nurlybek Kalimaganbetov olacaqlar.
Qeyd edək ki, Bakı İdman Sarayında dekabrın 17-də oynanılacaq Azərbaycan – İsveç qarşılaşması saat 20:00-da start götürəcək.