Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin II tur üçün heyətləri bəlli olub

Noy 13, 2021

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

QİA.AZ“ın məlumatına görə, kişilərdən ibarət komanda Serbiya yığması ilə, qadınlar isə İsveç ilə üz-üzə gələcək.

Avropa çempionatı, II tur

Kişilər

Serbiya – Azərbaycan

Aleksandr İndiç – Şəhriyar Məmmədyarov

Velimir İviç – Teymur Rəcəbov

Robert Markus – Qədir Hüseynov

Miloş Perunoviç – Nicat Abbasov

Qadınlar

İsveç – Azərbaycan

Pia Kramlinq – Günay Məmmədzadə

İnna Agrest – Gülnar Məmmədova

Elena Andriç – Xanım Balacayeva

Marqarita Zaritovskaya – Ülviyyyə Fətəliyeva

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. İlk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib – 4:0.

Oxşar Xəbərlər