Avropa çempionatı: Azərbaycanın son 5 cüdoçusu mübarizəyə qoşulur

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq.”QİA.AZ”ın məlumatına görə, onlardan 4-ü kişilərin, biri isə qadınların mübarizəsinə qatılacaq.Kişilər90 kq1/16 final. Məmmədəli Mehdiyev – Jesper Smink (Niderland)100 kq1/16 final. Zelim Kotsoyev – Aleksey Lısenko (Polşa)1/16 final. Elmar Qasımov – Aaron Fara (Avstriya)+100 kq1/8 final. Uşangi Kokauri – Tamerlan Başayev / Riçard Sipoç (Macarıstan) görüşünün qalibiQadınlar+78 kq1/4 final. İrina Kindzerska – Sara Alvares (İspaniya) / Milika Zabiç (Serbiya) görüşünün qalibiQeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparacaq.

Oxşar Xəbərlər