Avropa çempionatı: Boksçumuz ermənini məğlub edib

Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatına qələbə ilə başlayıb.

“QİA.az”ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Gürcüstanı təmsil edən erməni əsilli Arşak Yelizbaryanla üz-üzə gəlib.

Hər üç raundda güclü olan Kazımzadə rəqibini 3:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.

Oxşar Xəbərlər