Avropa çempionatı: Cüdoçumuz finala yüksəldi

Noy19,2020

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

QİA.AZ-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Serbiya təmsilçisi Straxinya Bunçiçlə üz-üzə gəlib.

Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Cüdoçu finalda İsrail təmsilçisi Fliker Tal ilə qarşılaşacaq.

Oxşar Xəbərlər