Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.
“QİA.az” xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.
Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib.
Turan Bayramov 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Rəşad Yusifli debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb.
Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mərhələyə yüksəlib.
57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) 10:0
1/4 final: Əfqan Xaşalov – Razvan Kovaçs (Rumıniya)
65 kq
1/8 final: Əli Rəhimzadə – Gevorq Tadevosyan (Ermənistan) 2:1
1/4 final: Əli Rəhimzadə
70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) 10:0
1/4 final: Turan Bayramov
79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) 9:0
1/8 final: Rəşad Yusifli – Oktay Hasan (Bolqarıstan)
97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) +:-
1/4 final: Şamil Zubairov – Süleyman Karadeniz (Türkiyə)
Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:
https://uww.org/event/european-championships-23