Avropa çempionatı: İki gimnastımız finala yüksəldi

Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.

QİA.AZ-ın məlumatına görə, yeniyetmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.

İplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk “8-liy”ə düşməyi bacarıb.

Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman ƏlimuradovaZeynəb HümmətovaYelizaveta LuzanMəryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub.

Oxşar Xəbərlər