Avropa çempionatında ikinci yeri də Azərbaycan idmançısı tutubmuş – FOTO

May1,2024

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanın çempion olduğu Avropa çempionatında qrosmeysterimiz Rauf Məmmədovun xanımı, Ukraynanı təmsil edən Natalia Buksa da medalçı olub.

O bununla bağlı özünün “Facebook” hesabında paylaşım edib.

Belə ki, şahmatçı qitə birinciliyində gümüş medal qazanıb.

N.Buksa fəxri kürsüyə yüksəldiyi üçün xoşbəxt olduğunu bildirib:

“Qadınlar arasında keçirilən Avropa çempionatında ikinci yeri tutdum. Çox qürurluyam ki, Ukrayna bayrağını Avropa çempionatında qaldırdım. Bu işdə mənə kömək edən hər kəsə təşəkkür edirəm. Həmçinin Ülviyyə Fətəliyeva və Lela Cavaxişvilini təbrik edirəm”.

Qeyd edək ki, Natalia Buksa 2018-ci ildə Rauf Məmmədovla ailə həyatı qurub.

Oxşar Xəbərlər