Avropa Dərmanlar Agentliyi (EMA) “Janssen” şirkətinin istehsalı olan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsinin alınması ilə bağlı müraciət alıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə Agentliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, EMA-nın İnsan üçün Dərmanlar Komitəsi peyvəndin sürətlənmiş qrafiklə qiymətləndirilməsini həyata keçirəcək:
“Peyvəndin effektivliyi, təhlükəsizliyi və keyfiyyəti barədə şirkət tərəfindən vərilən məlumatlarının etibarlı olarsa və tam şəkildə təqdim edilərsə, komitə rəyini martın ortalarına qədər verə bilər”.