Avropa iqtisadiyyatı gözləntiləri üstələyib

Apr24,2021

Avrozona ölkələrinin iqtisadiyyatının artımı ekspertlərin gözləntilərini üstələyib: region COVID-19 pandemiyasının təsirlərindən yüksək bərpa tempi göstərib.

QİA.AZ CNBC-yə istinadən xəbər verir ki, “IHS Markit” agentliyinin iri şirkətlərin top menecerləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, işgüzar aktivlik indeksi (PMI) bu ilin aprel ayında 53,2 baldan 53,7-yə yüksəlib.

Reytinq tərtibçilərinin qaydalarına görə, 50 baldan yuxarı göstərici ölkədə (və ya bir qrup ölkədə) işgüzar aktivlikdə artım yaşandığını göstərir.

“IHS Markit”in baş iqtisadçısı Kris Uilyamson qeyd edib ki, regionun bir çox ölkəsinin səlahiyyətliləri koronavirusun yayılmasının qarşısını almaq üçün yenidən həm məhdudlaşdırıcı tədbirlər, həm də lokdaun tətbiq etdiyindən Avrozona ölkələrinin nəticələri analitiklər üçün gözlənilməz olub.

“Adətən, bu cür çətin şərtlərdə işgüzar aktivliyin azaldığını, iqtisadi tənəzzül yaşandığını görürük. Ancaq bu dəfə reallıqda bunun əksini görürük”, – o deyib.

Bundan əlavə, “IHS Markit”in sorğu göndərdiyi korporasiyalar yaxın gələcək üçün müsbət gözləntilərini ifadə ediblər.

Oxşar Xəbərlər