Avropa İttifaqı çevik reaksiya qüvvələri formalaşdıracaq

Noy10,2021

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel 2025-ci ilədək Avropanın çevik reaksiya qüvvələrinin yaradılmasını təklif edib.QİA.AZ-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Aİ-nin üzləşdiyi geosiyasi təhdidlərlə bağlı vahid mövqeyinin formalaşdırılmasına yönəlmiş, ilk təhlükəzilik konsepsiyası olan “Strateji kompas” adlı sənədin layihəsi üzərində işlər başa çatdırılıb.Ali komissarın sözlərinə görə, strateji prioritetlər sırasında ilk addım 5 min hərbçidən ibarət çevik reaksiya qüvvələrinin yaradılması olacaq. Qeyd olunur ki, qüvvələr növbəti dörd il ərzində fəaliyyətə başlaya bilər.Aİ-nin təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazında qəbul edilməsi planlaşdırılır.

Oxşar Xəbərlər