Bu gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri başlayır.
“QİA.AZ” xəbər verir ki, artıq O.Varhelyi Gürcüstandadır.
Xatırladaq ki, iyulun 8-də Aİ komissarı Azərbaycanda səfərdə olacaq. O Bakıda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşəcək.
6-9 iyul tarixlərini əhatə edəcək Cənubi Qafqaz səfəri çərçivəsində Varhelyi Şərq Tərəfdaşlığı regionu üçün iqtisadi və investisiya planını təqdim edəcək, həmçinin ikitərəfli münasibətlər və COVID-19 pandemiyası ilə mübarizə mövzusunda əsas məsələlərini müzakirə edəcək.