Avropa İttifaqının komissarı gələn həftə Azərbaycana səfər edəcək

İyl2,2021

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi gələn həftə Azərbaycana səfər edəcək.

QİA.AZ xəbər verir ki, bu barədə diplomat tvitterdə yazıb.

O, iyulun 6-dan 9-dək Cənubi Qafqaz bölgəsində səfərdə olacaq.

“Önümüzdəki həftə Şərq Tərəfdaşlığı bölgəsi üçün İqtisadi və İnvestisiya Planını və onun qabaqcıl təşəbbüslərini təqdim etmək üçün Cənubi Qafqaza – Gürcüstan, Azərbaycan və Ermənistana səyahət etməyi səbrsizliklə gözləyirəm. İkitərəfli münasibətlərin əsas məsələlərini və COVID-19 pandemiyasına qarşı mübarizəni müzakirə edəcəyik”.

Onun region ölkələrində İqtisadi və İnvestisiya Planını təqdim edəcək və ikitərəfli münasibətlərin əhəmiyyətli məsələlərini müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin dekabrında “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitinin keçirilməsinə hazırlıq kontekstində Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək üçün Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku iyunun 25-26-da Cənubi Qafqaza səfər ediblər.

Oxşar Xəbərlər