Avropa komissarı Oliver Varheli Azərbaycana səfər edib

İyl7,2021

Avropa Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Azərbaycana gəlib.

Diplomatik mənbələrdən QİA.AZ-a verilən məlumata görə, O.Varxeli 6-9 iyul tarixlərində Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində Azərbaycana səfər edib. Aİ-nin Komissarı Azərbaycana gəlməzdən əvvəl Gürcüstana səfərdə olub.

Səfərini barədə bildirən doplomat, məqsədinin “Şərq tərəfdaşlığı” regionu üçün iqtisadi və investisiya planları və təşəbbüslər təqdim olduğunu deyib.

Bundan başqa, ikitərəfli münasibətlərin əsas məsələləri və COVID-19 pandemiyası ilə mübarizə müzakirə edilib.

Oxşar Xəbərlər